Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə ATILIB – FOTO 

Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə ATILIB – FOTO 

Hazırda oxunan: Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə ATILIB – FOTO 

178054

Bakının Yasamal rayonu ərazisindən anası tərəfindən tərk edilmiş uşaq aşkarlanaraq azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib. 

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Birliyin rəhbəri Kəmalə Ağazadə verib.

Onun sözlərinə görə 4 yaşlı uşaq gecə saat 2-nin yarısında Yasamal RPİ-nin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən sığınacağa gətirilib:

“Uşaq Yasamal ərazisində daşın üstündə oturmuş vəziyyətdə aşkarlanıb. Dolğun məlumat ala bilmirik. Çünki uşaq hələki adaptasiya ərəfəsindədir. Amma evdən gələn uşağa bənzəyir. Uşağın itkin düşməsi ilə bağlı hələ axtarış verilməyib. Güman edirəm ki, bu, hər hansı zərərli vərdişi olan bir ailənin uşağıdır”.

Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, fevralın 13-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobildən düşürülərək nəzarətsiz vəziyyətdə küçəyə buraxılan 4 yaşlı oğlan uşağının təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub. 

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin uşaq sığınacağa yerləşdirilib. 

Araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO