Ailə faciəsindən geriyə qalan FOTOLAR

Hazırda oxunan: Ailə faciəsindən geriyə qalan FOTOLAR

178027

Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atasını, anasını, qardaşını, bacısını və onun azyaşlı övladını amansızlıqla qətlə yetirib.

Bizim.Media xəbər verir ki, qafqazinfo.az qətlə yetirilən ailə üzvlərinin fotolarını əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi


Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı 59 saylı tam orta məktəbin direktoru olub.

Bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova isə ailəli olub. Onun əri işlə əlaqədar Rusiyada yaşayıb.

Yaxınlarının verdiyi məlumata görə, Əhməd Əhmədovun ciddi psixoloji problemləri olub. İddialara görə, ailə üzvləri onun xəstəxanada müalicə olunması əvəzinə, dərmanlarla ev şəraitində müalicəsini üstün tutublar.

Əhməd Əhmədov ana, atasını və qardaşını öldürməzdən əvvəl bacısı ilə onun azyaşlı övladını qətlə yetirib.

Əhmədin bacısı ilə uşağının başını kəsdiyi bildirilir. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Həmin fotoları təqdim edirik: 








Fotoda qətlə yetirilən 5 yaşlı Ülviyyə Niftəliyeva


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO