Sumqayıtda 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi BAŞLANIB

Hazırda oxunan: Sumqayıtda 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi BAŞLANIB

178006

Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda 48 yaşlı şəxs öldürülüb, saxlanılan var


Məlumata görə, aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO