Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi
Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.
Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.
Hadisə barədə polisə qonşular məlumat verib.
Hazırda hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.
Bizim.Media