Azərbaycanda bu radiolar "Youtube" üzərindən fəaliyyətə BAŞLAYIR - Tarix bilindi - FOTO

Hazırda oxunan: Azərbaycanda bu radiolar "Youtube" üzərindən fəaliyyətə BAŞLAYIR - Tarix bilindi - FOTO

177970

"Azərbaycan Radiosu" və "Beynəlxalq Radio" "Youtube" üzərindən canlı yayıma başlayır. 

Bizim.Media manset.az-a istinadən xəbər verir ki, yayım 14 fevral saat 08:00-dan radionun rəsmi "Youtube" səhifəsində həyata keçiriləcək. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Radiosu" və "Beynəlxalq Radio"nun maddi-texniki basazının gücləndirilməsi məqsədilə 500 min manat vəsait ayrılıb. Həmin vəsaitlə hər iki radionun texniki imkanları artırılıb.

Hər iki radio faktiki olaraq yenidən qurulub, nəticədə radioların yayım və səs keyfiyyətli artırılıb. "Beynəlxalq Radio" FM dalğasına keçirilib və bunun nəticələrindən biri də hər iki radionun məhz "Youtube" üzrə canlı yayımının təşkilidir. Gələcəkdə sosial şəbəkələr üzərindən yayımların saatlarının artırılması planlaşdırılır. 
Dinləyicilərin və izləyicilərin nəzərinə bir daha çatdıraq ki, canlı yayımı "Azərbaycan Radiosu"nun rəsmi Youtube səhifəsindən izləyə bilərsiniz. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO