Anasını 192 bıçaq zərbəsi ilə öldürən yeniyetməyə CƏZA VERİLDİ

Hazırda oxunan: Anasını 192 bıçaq zərbəsi ilə öldürən yeniyetməyə CƏZA VERİLDİ

177913

Anasını öldürməkdə ittiham olunan 16 yaşlı Z. M.-nin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, yeniyetmə müttəhim xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq 10 ildən artıq azalıqdan məhrum etmə cəzası verilə bilməz.

Qeyd edək ki, hadisə bu ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. İttihamda deyilir ki, 16 yaşlı Z. M. anası, 46 yaşlı Solmaz Mansurovaya 192 bıçaq zərbəsi vuraraq çoxsaylı zərbələrlə qətlə yetirib. 

Təqsirləndirilən şəxs məktəbli olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO