İtkin düşən məktəbli qızlar Kürdəmirdə TAPILDI - FOTO  

İtkin düşən məktəbli qızlar Kürdəmirdə TAPILDI - FOTO  

Hazırda oxunan: İtkin düşən məktəbli qızlar Kürdəmirdə TAPILDI - FOTO  

177906

Abşeronda itkin düşən 2 məktəbli qız tapılıb. 

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "qafqazinfo.az"a açıqlamasında bildirib ki, dünən günorta saatlarından Abşeron rayonunda itkin düşən məktəbli qızlar Kürdəmirdə tapılıblar: 

"2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi barədə məlumat üzrə polis əməkdaşları tərəfindən axtarışa elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur". 

Qeyd edək ki, dünən Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri - Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar. 

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO