Erməni təxribatı nəticəsində yaralanmış əsgər DANIŞDI: “Vətən sağ olsun!”- FOTO/VİDEO 

Hazırda oxunan: Erməni təxribatı nəticəsində yaralanmış əsgər DANIŞDI: “Vətən sağ olsun!”- FOTO/VİDEO 

177903

“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postların müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”. 

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Mövqelərimiz atəşə tutuldu, hərbçimiz YARALANDI - VİDEO


Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib: 

"Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun". 









Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO