Autizmli gənclərin əmək bazarına çıxışına dəstəklə bağlı əməkdaşlıq MÜZAKİRƏ EDİLİB

Hazırda oxunan: Autizmli gənclərin əmək bazarına çıxışına dəstəklə bağlı əməkdaşlıq MÜZAKİRƏ EDİLİB

177868

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Autizm Assosiasiyasının nümayəndələri arasında görüş olub.

Bu barədə Bizim.Media-ya Dövlət Məşğulluq Agentlyindən məlumat verilib.

Görüş zamaı agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyəti, aktiv məşğulluq proqramları barədə məlumat verib. Bu proqramların icrasında sosial cəhətdən həssas qruplara aid şəxslərə üstünlük verildiyini vurğulayıb.
Autizm Assosiasiyasının nümayəndəsi tərəfindən autizmli gənclərlə bağlı aparılan işlərə dair təqdimat edilib, Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib.

Autizmli gənclərin əmək bazarına çıxışı, onların məşğulluq xidmətlərinə cəlbi istiqamətində Agentliklə Assosiasiya arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO