Yevlaxda AĞIR QƏZA: 7 nəfər xəsarət alıb - VİDEO

Hazırda oxunan: Yevlaxda AĞIR QƏZA: 7 nəfər xəsarət alıb - VİDEO

177841

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, hadisə Aran qəsəbəsi - Bəhramtəpə yolunun Yevlax rayon Qoyunbinəsi kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, əks istiqamətlərdə olan iki "Mercedes" markalı minik avtomobili toqquşub. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı hər iki avtomobildə olan 7 nəfər xəsarət alıb. 

Çırpılmanın güclü olması səbəbindən maşında sıxılıb qalan sürücü və sərnişinlər üçün hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə qrupu çağırılıb. 
Xilas edilən yaralılar Yevlax şəhər mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb.
 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO