Ödənişli yolda əks istiqamətdə gedən sürücü saxlanıldı - VİDEO

Hazırda oxunan: Ödənişli yolda əks istiqamətdə gedən sürücü saxlanıldı - VİDEO

177804

Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda “VAZ 2121” markalı, 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan videogörüntü Baş Dövlət Yol Polisi (DYP) İdarəsi tərəfindən araşdırılıb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadov etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edib və o, baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib.

Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş DYP İdarəsi xoşbəxt təsadüf nəticəsində bədbəxt sonluqla bitməyən belə təhlükəli qayda pozuntularının yolverilməz olduğunu bir daha sürücülərin diqqətinə çatdırıb, məsuliyyətsiz qərarların sonradan bərpası mümkün olmayan itkilərə səbəb olduğunu unutmamağa çağırıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO