10 nəfərin ölümünə səbəb olan komitə sədrinin qardaşının istintaqı nə YERDƏDİR?

Hazırda oxunan: 10 nəfərin ölümünə səbəb olan komitə sədrinin qardaşının istintaqı nə YERDƏDİR?

177758

Xəbər verildiyi kimi Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Həbs olunanlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimovdur. Digəri isə ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimov və Toğrul Rzayevin istintaqı hələki yekunlaşmayıb. Onların saxlanılmasından 13 gün, bədbəxt hadisədən isə təxminən bir ay keçir. 
 

MÖVZU İLƏ BAĞLI:

İbrahimovlara məxsus olduğu bildirilən sexdəki partlayışın günahkarlarını hansı CƏZA GÖZLƏYİR? – ARAŞDIRMA 


Bəs, istintaq nə yerdədir? 

Baş Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, məsələ ilə hələki yeni məlumat yoxdur. Məlumat olduqda ictimaiyyətə bu barədə açıqlama veriləcək. 

Tağı İbrahimovun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli isə saytımıza açıqlamasında qardaşının məsələsi ilə bağlı danışmaq istəməyib: 

“Mən o məsələlərə qarışmıram və heç nə bilmirəm”, deyə danışığı yarımçıq kəsib. 

Xatırladaq ki, partlayış yanvarın 15-də paytaxtın Binəqədi rayonunda A.Kunanbayev küçəsi yaxınlığında baş verib. Mebel sexindəki partlayış-yanğında 10 nəfərin ölüb, 23 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin istintaq nəticəsində müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.

İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.

İstintaq dövründə ittihamlar təsdiqini taparsa, Tağı İbrahimova 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO