Qubadakı ağır qəzada yaralananların SON VƏZİYYƏTİ  

Hazırda oxunan: Qubadakı ağır qəzada yaralananların SON VƏZİYYƏTİ  

177750

Ötən gün Xaçmaz-Quba yolunun Qubanın Barlı qəsəbəsindən keçən hissəsində baş verən ağır qəzada yaralanan 3 nəfərin vəziyyəti ağırdır. 

Quba Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aynur Seyidovanın Bizim.Media-ya verdiyi məlumata görə, xəstəxanada hazırda müalicə olunan yaralılardan, Xaçmazın Hacıəlibəy kənd sakini, 32 yaşlı Fərhad Səlim oğlu İbrahimovun, Xaçmazın Arzu kənd sakini, 33 yaşlı Akif Hüseynağa oğlu Qurbanovun, Xaçmazın Hacılıbəy kənd sakini, 24 yaşlı Mustafa Cabir oğlu Ələkbərovun vəziyyətləri kritik olaraq qalır. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmaz-Quba yolunda ağır qəza: 2 ölü, 3 yaralı var - ÖZƏL


Qeyd edək ki, Xaçmaz sakini Fərhad İbrahimovun idarə etdiyi "Priora" markalı maşının idarəetməni itirib ağaca çırpılması nəticəsində 2 sərnişin - Xaçmaz sakini, 23 yaşlı Elman Telman oğlu Məmmədov və Arif İmanquliyev ölüb.

Dəhşətli qəzanın təfərrüatlarını Quba rayon polis şöbəsinin istintaq bölməsi araşdırır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO