Məzahir Pənahovdan seçkilərdəki fəallıqla bağlı AÇIQLAMA

Məzahir Pənahovdan seçkilərdəki fəallıqla bağlı AÇIQLAMA

Hazırda oxunan: Məzahir Pənahovdan seçkilərdəki fəallıqla bağlı AÇIQLAMA

177668

Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçirilib. Azərbaycan xalqı seçkilərdə xüsusi fəallıq nümayiş etdirdi. Bunu yerli və beynəlxalq müşahidəçilər də təsdiqləyirlər.

Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

MSK sədri qeyd edib ki, seçkilərin şəffaf və ədalətli keçirilməsini yerli və beynəlxalq medianın iştirakı, prosesi işıqlandırması da sübut edir.

O bildirib ki, Azərbaycanda keçirilən seçkiləri təqribən 90 mindən artıq yerli, 790 beynəlxalq müşahidəçi izləyib. Maldiv adalarından tutmuş Avropa ölkələrinədək müşahidəçilər seçki prosesini yaxından izləyiblər. Müşahidəçilər də seçicilərin çox fəal olduqlarını verdikləri müsahibə, açıqlama və keçirdikləri mətbuat konfranslarında vurğulayıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO