Oğuzda maşın ağaca çırpıldı - Xəsarət alanlar var

Oğuzda maşın ağaca çırpıldı - Xəsarət alanlar var

Hazırda oxunan: Oğuzda maşın ağaca çırpıldı - Xəsarət alanlar var

177639

Oğuzda qəza baş verib, 2 nəfər xəsarət alıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəkinin Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlu idarə etdiyi “VAZ-2109” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarındakı ağaca çırpılıb. 
Nəticədə sərnişinlər, 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO