Naxçıvanda 1 tona yaxın yararsız ət AŞKARLANDI 

Naxçıvanda 1 tona yaxın yararsız ət AŞKARLANDI 

Hazırda oxunan: Naxçıvanda 1 tona yaxın yararsız ət AŞKARLANDI 

177540

Naxçıvan Muxtar Respublikasının Qaraçuğ kəndində 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuğ kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlayıb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO