Avtomobillərin utilizasiyası proseduru müəyyənləşib

Avtomobillərin utilizasiyası proseduru müəyyənləşib

Hazırda oxunan: Avtomobillərin utilizasiyası proseduru müəyyənləşib

177458

Nazirlər Kabineti “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 24 iyun 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsi “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. 
Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və yaxud sərəncam vermək hüququ olan digər şəxs aiddiyəti orqanlara müraciət edir. Müraciət qəbul edildikdən sonra 3 iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və yaxud seçilmiş hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir.

Nəqliyyat vasitələrini utilizasiyaya dövlət qeydiyyatını həyata keçirən orqan verdikdə, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin tələblərinə əməl olunmaqla, avtomobillər həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO