Qərbi Azərbaycan Xronikası: İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - VİDEO

Qərbi Azərbaycan Xronikası: İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - VİDEO

177334

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil və daşınmaz əmlak alır” adlı süjetdə erməni hüquqşünas Avetik İşxanyanın “Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək” proqnozundan, eləcə də Ermənistan Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin  Azərbaycan vətəndaşlarının İrəvanda daşınmaz əmlak alması barədə yaydığı məlumatdan bəhs olunub.

Bildirilib ki, A.İşxanyan belə fikirlərin erməni ictimai rəyində azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına qarşı etiraz formalaşdırdığını bildirib:

“Qarabağda erməni separatizminin tamamilə ləğvindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda müzakirəsi intensivləşib. Çünki rəsmi Bakı Qərbi Azərbaycana qayıdış məsələsini sülh sazişinin əsas komponentlərindən biri kimi irəli sürür. Ermənistan hakimiyyəti bunu qəbul etməsə də, baş nazir Nikol Paşinyanın sonda rəsmi Bakının bu tələbi ilə razılaşmaq məcburiyyətində qalacağı fikri erməni ictimai rəyinə hakimdir”.

Qeyd olunub ki, Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi təkziblər erməni ictimaiyyətində inandırıcı qəbul edilmir:

“Ermənilər iddia edirlər ki, Azərbaycan və Türkiyə vətəndaşlarının İrəvandan daşınmaz əmlak almasının arxasında hər iki ölkənin dövlət strkturları dayanır və məqsəd tədricən İrəvana nəzarəti bərpa etməkdir. Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının aldıqları daşınmaz əmlakın sayı çox azdır, buna görə onlar bunu Ermənistanın təhlükəsizliyinə təhdid kimi görmürlər. İndiyə qədər Azərbaycan vətəndaşları İrəvanda səkkiz, Türkiyə vətəndaşları isə 82 daşınmaz əmlak alıblar”.

Sonda vurğulanıb ki, rəsmi Bakı Qərbi Azərbaycanda daşınmaz əmlakları qanuni yollarla almaq və gələcəkdə bura qayıdacaq azərbaycanlılara vermək istəyir:

“Çünki Azərbaycan tarixi torpaqlarına qayıdışda israrlıdır. Prezident İlham Əliyevin dediyi kimi, “Qərbi Azərbaycana qayıdacağıq, lakin tank üzərində yox, maşınlarla, sülhlə”. İrəvanda alınan daşınmaz əmlaklar da qayıdış strategiyasının elementlərindən biri ola bilər”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO