102 yaşlı nənənin İlham Əliyevin rəqibləri ilə seçki zarafatı… - FOTO

102 yaşlı nənənin İlham Əliyevin rəqibləri ilə seçki zarafatı… - FOTO

Hazırda oxunan: 102 yaşlı nənənin İlham Əliyevin rəqibləri ilə seçki zarafatı… - FOTO

177292

Ötən gün baş tutan prezident seçkiləri seçici aktivliyinin yüksək səviyyədə olması ilə xüsusilə seçilirdi. İnsanlar kütləvi şəkildə seçki məntəqələrinə axın edir, səsvermə hüququndan istifadə edərək, öz iradələrini nümayiş etdirirdilər. Və bu seçici qələbəliyi İlham Əliyevə yenidən etimad göstərdi…

Bizim.Media demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənlinin məsələ ilə bağlı geniş yazısını təqdim edir:

Əsas diqqətçəkən məqamlardan biri seçici fəallığının təkcə paytaxtda yox, bölgələrdə də qeydə alınması idi. Mən də öz səsvermə hüququmdan istifadə etmək üçün Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşən 64 saylı Salyan Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsində oldum.
Məntəqədə böyük qələbəlik vardı, hətta növbəmin çatmasını gözləmək üçün yarım saat gözlədim. Seçicilər bayram əhval-ruhiyəsində idi, hər kəs növbəyə dayanır və səsvermə hüququndan istifadə edirdilər.


Növbə mənə çatandan məntəqəyə daxil oldum, adımın seçici siyahısında olduğu dəqiqləşdirildikdən sonra barmağıma ultrabənövşəyi rəng vuruldu. Daha sonra şəxsiyyəti müəyyən edən sənədi təqdim edərək, seçki bülleteni aldım və bağlı kabinədə səsvermə hüququmdan istifadə etdim. Heç bir müdaxilə, heç bir qanun pozuntusu baş vermədi. 


Səsvermə hüququmdan istifadə etdikdən sonra Qaraçala qəsəbəsini əhatə edən digər seçki məntəqələrini - 28, 29 və 31 saylı seçki məntəqələrində seçki prosesini izlədim. Səsverməyə gedərkən, yolda kənd camaatı ilə həmsöhbət oldum.


Sadə və əliqabarlı zəhmətkeş camaat seçkilərdə öz vətəndaşlıq məsuliyyətini yaxşı anlayırdılar. Məntəqəyə yaxınlaşanda gördük ki, Salyanın tanınmış ziyalılarından olan İlham İsmayılov sabah məntəqə açılandan oradadır.O da seçki prosesini yaxından izləyirdi. Əslində, İlham İsmayılovu doğulduğu qəsəbədə seçki prosesində görməməmək təəccüblü olardı. Çünki İlham İsmayılovun 20 ildən çox seçki təcrübəsi var, bir neçə dəfə parlament seçkilərində bu ərazilərdən yüksək səs toplayıb…


Seçki günü rayonda hər şey qanunvericiliyə uyğun şəkildə həyata keçirilir, səsvermə prosesi şəffaf və azad şəkildə aparılırdı. Seçkiləri izləyən yerli və xarici müşahidəçilər də şəffaflığın və seçici fəallığının olduğunu qeyd edirdilər. 


Seçkilərdə ən maraqlı hadisə isə Salyanın 102 yaşlı seçicisinin səs verməsi idi. Salyanda qeydiyyatda olan ən yaşlı seçici 1922-ci il təvəllüdlü İsmayılova Yaylaq Bayım qızıdır.

O, 64 saylı Salyan Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsi üzrə qeydiyyata alınıb. 102 yaşlı seçici səsvermə hüququndan sərbəst şəkildə istifadə etdi. Hələ 102 yaşlı Yaylaq nənə Ali Baş Komandan İlham Əliyevin eks-rəqiblərinə ağbirçək məsləhəti də verdi və onlarla maraqlı zarafat etdi. 

Bütövlükdə, 7 fevral prezident seçkiləri Azərbaycanın demokratiya bayramı idi. Bu bayram həm paytaxtda, həm də respublikanın bütün rayon, qəsəbə və kəndlərində yaşandı.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO