Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün dövlət standartları TƏSDİQLƏNDİ

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün dövlət standartları TƏSDİQLƏNDİ

Hazırda oxunan: Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün dövlət standartları TƏSDİQLƏNDİ

177290

Nazirlər Kabinetində sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub.

Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır. Təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir. 

Təhsil müəssisələrində təlim-tərbiyə prosesi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır. Təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir. 

Təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir.

Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər.

Qərarda qeyd olunur ki, dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik dərs saatlarının maksimal miqdarının 20 faizindən çox ola bilməz. Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO