“Uşaqpulunun verilməməsində məqsədlər var” - SABİR RÜSTƏMXANLI

“Uşaqpulunun verilməməsində məqsədlər var” - SABİR RÜSTƏMXANLI

Hazırda oxunan: “Uşaqpulunun verilməməsində məqsədlər var” - SABİR RÜSTƏMXANLI

17715

“Dünyanın bir çox ölkələrində, eləcə də Ukraynada da əkiz uşaqları olan ailəyə ev verilir. Hətta, üçəm uşağı olan ailələrə daha yaxşı şərait yaradılır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Düyünə düşən aliment DƏRDİ – Fond məsuliyyətsiz atalara çarə olacaqmı? - BAXIŞ


O, qeyd etdi ki, bizim nəsillərin çoxu uşaq pulu ilə böyüyüb: 

“10-15 il əvvəldən ailə nizamnaməsi söhbəti ortaya çıxan zaman uşaqpulu kəsiləndə buna etiraz etmişdim. Uşaq pulunun verilməsi sosial müdafiənin ən ədalətli yoludur. İndi sosial müdafiə subyektiv amillərə söykənir”.

“Sizcə ailələrə uşaqpulu niyə verilmir?” sualını millət vəkili belə cavablandırdı:

“Uşaqpulunun verilməməsində məqsədlər var. Azərbaycanın iqtisadi potensialı öz vətəndaşına uşaqpulu verməyə çatır. Bu işin başında dayananlar var. Bilmirəm kimlərdir, amma belələri mövcuddur. Uşaq pulunun verilməsi əhalinin artırmasına təkan verir. Yəqin onlar əhalinin artımını istəmirlər. Və bütün hallarda köhnə ənənə geri qaytarılmalıdır. Mən bunu bütün müzakirələrimdə deyirəm”, deyə  millət vəkili vurğuladı.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əkiz və ya üçəm doğulan uşaqların hər biri üçün uşağın anadan olmasına görə müəyyən olunan birdəfəlik sosial müavinət  ödənilir.

Yəni hər uşağa 200 manat olmaqla əkiz uşaqlar üçün ümumilikdə 400, üçəmlər üçün 600 manat birdəfəlik sosial müavinət verilir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO