Paytaxtın Nərimanov rayonunda yerləşən Heydər Əliyev mərkəzinin qarşısında keçirilən qələbə konserti davam edir.
Bizim.Media xəbər verir ki, konsert proqramında xanəndələr Bəyimxanım Vəliyeva, Təyyar Bayramov “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Daha sonra isə estrada ulduzlarından Nuri Sərinləndirici, Samira AliMaryam və Azad Şabanov sevilən ifalarını səsləndiriblər.
Qeyd edək ki, tədbirdə Xalq artistləri Aygün Kazımova, Nurəddin Mehdixanlı, Mənsum İbrahimov, əməkdar artist Elza Seyidcahan, məşhur sənətçi Murad Arif, müğənni İlhamə Qasımova da çıxışlar ediblər.
Nicat Niftəliyev, Bizim.Media