Ağalıda avtomobillərin yürüşü keçirildi - FOTO

Ağalıda avtomobillərin yürüşü keçirildi - FOTO

Hazırda oxunan: Ağalıda avtomobillərin yürüşü keçirildi - FOTO

177105

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

Bizim Media xəbər verir ki, digər bölgələrdə olduğu kimi, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri də İlham Əliyevin inamlı qələbəsini bayram əhval-ruhiyyəsində qarşılayıblar. 

Avtomobil karvanı kəndin mərkəzi küçələri boyunca musiqi sədaları altında yürüş edib.

Həmçinin kənd sakinləri mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hislərini paylaşıblar.




Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO