Ən gənc Vətən Müharibəsi Qəhrəmanı da səsvermədə İŞTİRAK ETDİ – VİDEO  

Ən gənc Vətən Müharibəsi Qəhrəmanı da səsvermədə İŞTİRAK ETDİ – VİDEO  

Hazırda oxunan: Ən gənc Vətən Müharibəsi Qəhrəmanı da səsvermədə İŞTİRAK ETDİ – VİDEO  

177018

Azərbaycanın ən gənc Vətən Müharibəsi Qəhrəmanı da səsvermədə iştirak edib. İkinci dərəcəli müharibə əlili Azər Abdullazadə doğulduğu Tərtər rayonunun Cəmilli kəndində yerləşən 35 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib. 

Bizim.Media-nın yerli bürosuna danışan qəhrəman seçkilərin nəticələrini səbirsizliklə gözlədiyini dilə gətirib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
O, cəmi 19 yaşında bu ada layiq görülməklə, ən gənc “Vətən Müharibəsi Qəhrəmanı” kimi tarixə düşüb.
 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO