Salyanın 102 yaşlı seçicisi səs verdi — FOTO/VİDEO

Salyanın 102 yaşlı seçicisi səs verdi — FOTO/VİDEO

Hazırda oxunan: Salyanın 102 yaşlı seçicisi səs verdi — FOTO/VİDEO

177013

Salyanda qeydə alınan ən yaşlı seçici 1922-ci il təvəllüdlü İsmayılova Yaylaq Bayım qızıdır. 

O, 64 saylı Salyan Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsi üzrə qeydiyyata alınıb. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, 102 yaşlı Yaylaq İsmayılova səhhətində olan problem səbəbindən məntəqəyə gedə bilmədiyinə görə seçkidə səs verə bilmək üçün evə daşınan seçki qutusunun gətirilməsi ilə bağlı müraciət edib. 

Salyan rayonun Çadırlı kənd sakini olan Yaylaq İsmayılova yaradılan şəraitə görə təşəkkürünü bildirib və öz konstitusiya hüququndan istifadə edərək bu gün keçirilən prezident seçkilərində səs verib. 
 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO