TDT-nin baş katibi: “Seçkilərdə maraqlı mübarizəyə şahidlik edirik” – VİDEO 

TDT-nin baş katibi: “Seçkilərdə maraqlı mübarizəyə şahidlik edirik” – VİDEO 

Hazırda oxunan: TDT-nin baş katibi: “Seçkilərdə maraqlı mübarizəyə şahidlik edirik” – VİDEO 

177008

“Bizim missiya Türk Dövlətləri Təşkilatını təmsil edir. Missiyamızın üzvləri TDT-yə üzv dövlətlərin Mərkəzi Seçki Komissiyasının üzvlərindən və qurumun rəhbər heyətindən təşkil olunub”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında bildirib.

O, missiyalarının iki qrupa bölündüyünü qeyd edib:

“Birinci qrupun üzvləri Qarabağda - işğaldan azad olunan ərazilərdə, daha dəqiqi desək Xankəndi və Şuşada təşkil edilən səsvermə məntəqələrində müşahidə aprır. İkinci qrupsa Bakıdadır. Səhər saatlarından müşahidələrimizi aparırıq. Onlarla səsvermə məntəqəsində olmuşuq. 

Missiyamızın üzvlərinin ötən gün Azərbaycanın xarici işlər naziri və MSK sədri ilə görüşləri olub. Biz bu görüşlərdə seçki qanunvericiliyi bazası, namizədlər, seçki prosesinin təşkili və digər məsələlərlə bağlı lazım olan zəruri məlumatları almışıq. Bizim ötən gün prezidentliyə namizədlərlə və seçkidə iştirak edən siyasi partiyalarla da görüşümüz olub. 

Ümumiyyətlə, prezident seçkiləri bütün ölkələrdə gərgin siyasi mübarizə şəraitində keçir. Biz Azərbaycanda da maraqlı mübarizə prosesinə şahidlik edirik. Mən deyərdim ki, budəfəki seçkilər tarixi hadisədir.
Çünki qardaş Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq ölkənin bütün ərazilərində səsvermə prosesini həyata keçirir. Bu da təkcə azərbaycanlılar üçün yox, bütün türkdilli xalqlar üçün qürurverici bir hadisədir. Ona görə də mən fürsətdən istifadə edərək hər kəsi təbrik edirəm”.
 


Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO