İlk dəfə səs verən tələbələr Bizim.Media-ya danışıblar.
Müsahibimiz olan və bu gün ilk dəfə səs verən gənc tələbə seçicilər dövlətin gənclər siyasətini dəstəkləyərək bəyəndiklərini söyləyiblər.
Bakıdakı 26 saylı Sabunçu dairəsinin 22 saylı məntəqəsində ilk dəfə səs verən Memarlıq və İnşaat Universitetinin tələbəsi Ayla Babazadə prezident kimi görmək istədiyi namizədə səs verdiyini deyib.
O bildirib ki, memarlıq üzrə dövlət xətti və özəl sahə üzrə baş tutan bütün tədbirlərə qatılır və yaradılan şərait onu çox qane edir.
Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aysu Osmanova isə səsini doğulduğu Qusar şəhərindəki 61 saylı dairənin 1 saylı məntəqəsində verib və dövlətin gənclər siyasətinin bundan sonra hər bir gənc üçün uğurlu olacağına ümid etdiyini deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu