Məlum olduğu kimi, bu gün ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirilir. Səhər saatlarından etibarən yüksək seçici fəallığı müşahidə olunur, əhali seçki məntəqələrinə axın edir. Seçki məntəqələrinə ezam olunmuş müxbirlərimizin müşahidələri, eyni zamanda apardığımız sorğulara əsasən deyə bilərik ki, səsvermə prosesində hər hansı neqativ hallara, qanun pozuntularına rast gəlinmir.
MÖVZU İLƏ BAĞLI:
Seçkilərlə bağlı böhtan kampaniyası PLANI – Anar Məmmədli hansı güclərə XİDMƏT EDİR?
Lakin səsvermə prosesinin uğurla davam etməsi bəzi qüvvələri ciddi şəkildə narahat edir. Söhbət, təbii ki, Qərbin bəzi dairələrindən, təşkilatlarından gedir. Artıq bəzi qüvvələr seçki prosesinə kölgə salmaq üçün böhtan kampaniyalarını gücləndiriblər.
Plan nədir?
Qərbin bir sıra təşkilatlarının bu istiqamətdə tutduğu əsas “taktika” ondan ibarətdir ki, bəzi antimilli ünsürlər ciddi maliyyə dəstəyi ilə hərəkətə gətirilsin. Onların vasitəsi ilə xalqımızın azad və sərbəst seçim hüququna kölgə salınsın. Guya ki, ölkəmizdə seçki saxtakarlığına yol verilir, insanların seçki hüququ məhdudlaşdırılır və s.
Bu məqsədlə Qərb “səxavət kisəsi”nin ağzını da açıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Qərbin ölkəmizdə xüsusi əlaltıları artıq hərəkətə keçiblər. Onlar seçki günündən əvvəl sosial şəbəkə və şəxsi münasibətlər üzərindən insanlara şirnikləndirici vədlər verirlər.
Qərbin oyunlarına kimlər alət olub?
Bu çirkin layihənin əsas hədəfi isə gənclərdir. Qərbin əlaltıları manipulyasiya edə biləcəyi gəncləri pul müqabilində qanunvericiliyə zidd hərəkətlərə təşviq edirlər. Belə ki, seçki günü qeydə alınan “qanun pozuntusu”nun hər videogörüntüsünə görə 20 dollar qonorar vəd edilir.
Bu çirkin kampaniyanın liderlərindən biri Anar Məmmədlidir. O, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM)-ə rəhbəridir. Bu şəxs seçkilərlə bağlı açıq şəkildə pozuculuq işi aparır. A.Məmmədli hər metoda əl ataraq şəffaf şəkildə keçirilən seçkilərə kölgə salmağa çalışır.
Onların əsl üzləri hamıya bəllidir...
Təbii ki, bu tip antimilli və antidövlət əməlləri ictimaiyyət tərəfindən nifrətlə və etirazla qarşılanır. Sosial səhifələrdə hətta Anar Məmmədlinin cinayətkar əməlləri ilə bağlı faktlar da səslənir.
Məsələn, Telman İsa adlı soydaşımız özünün Facebook səhifəsində yazır:
“Əldə etdiyim dəqiq məlumata görə, Anar Məmmədliyə7 fevral - seçki günü aranı qarışdırmaq üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları “seçki pozuntuları”nı videolara çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb. Amma Anar Məmmədli ayrılan vəsaiti mənimsəmək üçün yol tapmağa - radikal müxalifət partiyalarının yerli təşkilatlarının imkanlarından istifadə etməyə çalışır. Amma bir çox yerdən artıq imtina cavabları alıb. Bölgələrdəki gəncləri də ələ almağa çalışır, burada da uğurlu nəticə əldə edə bilmir”.
Başqa sosial şəbəkə istifadəçisi Azər Maqsudov yazır ki, Anar Məmmədli qarşısına çıxan hər kəsə “qonorar” vəd edir:
“Deyir ki, kim, “pozuntu” videosunu çəkib göndərsə, ona 20 dollar “qonarar” veriləcək. Sadəcə, rəzillikdir…”
Saxta hesabatlarla pul qazanmaq hərisliyi
Məlum məsələdir ki, seçki ilə bağlı hər hansı pozuntu aşkar edə bilməyən bu şəxslər saxta yollara əl atmağa məcburdurlar. Buna görə də onlar montaj, saxta iddialar kimi metodlara baş vururlar. Belə yollara əl atmaqla Qərbdən daha artıq qrant almağın xəyallarını qururlar. Ağalarından aldıqları dollarların miqdarını artırmaq üçün bu cür şəxslər istənilən insani duyğunu, hətta vətən sevgisini belə ayaq altına atmaqdan çəkinmirlər. Xalqın iradəsi və qanunlar əleyhinə gedənlər ən sərt şəkildə cəzalandırılmalıdır.
Təbii ki, Azərbaycanın haqq işinə əngəl olmaq və demokratik seçkilərə kölgə salmaq istəyənlər qanunvericiliyin ən sərt üzünü görməlidir. Vətəndaşları konstitusiya hüquqlardan imtina etməyə çağırmaq və dövlətə qarşı səsləmək Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət məsuliyyəti yaradır. Ona görə Azərbaycanın hüquq mühafizə orqanları Anar Məmmədli və onun kimi şəxslərlə bağlı təxirəsalınmaz tədbirlər görməlidirlər.
Onlar törətdikləri qanun pozuntularına görə məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını almalıdırlar.
Çünki bu məsələ hüquqi zərurət olmaqla yanaşı, həm də mənəvi ədalətin bərpası üçün vacibdir. Ona görə ki, bu gün seçkilər tarixdə ilk dəfə olaraq bütün suveren ərazilərimizdə keçirilir. Ərazi suverenliyimiz isə bizə kimlərsə tərəfindən hədiyyə edilməyib.
Müstəqilliyimizin bərpasından bəri Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün qorunması və təmin olunması üçün 30 mindən çox şəhid vermişik.
Ona görə də heç kimin müstəqil və suveren Azərbaycanın imicinə zərbə vurmağa haqqı yoxdur. Ümid edirik ki, bu cür mənəviyyatsızlığa, qanunsuzluğa yol verənlər qanun qarşısında ən sərt formada cəzalarını alacaqlar.
Bizim.Media