124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 108 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, seçki məntəqəsi saat 7:50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Məntəqə üzrə qeydə alınan 526 seçici səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusiya hüquqlarından istifadə edirlər. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu, Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində yaradılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:19 / 07.02.2024
Seçicilər Hadrutda konstitusiya hüquqlarından istifadə edirlər - FOTO
Hazırda oxunan: Seçicilər Hadrutda konstitusiya hüquqlarından istifadə edirlər - FOTO
Hazırda oxunan: Seçicilər Hadrutda konstitusiya hüquqlarından istifadə edirlər - FOTO
176990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.