“Dekabrın ayının 7-dən etibarən böyük məmnuniyyətlə fevralın 7-ni gözləyirdik. Ana Vətən Partiyası dekabrdan etibarən seçkidən fəal iştirakla bağlı öz addımlarını atmağa başladı”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib.
“Bu gün xalqımızın iradəsi ortadadır. Əminəm ki, xalqımız ən layiqli namizədə səs verəcək. Bu gündən başlayaraq Azərbaycanın həyatında yeni bir mərhələ başlayır”, - deyə deputat əlavə edib.
Fəzail Ağamalı seçici aktivliyini də yüksək qiymətləndirib:
“Xalqımızın işğaldan azad olunmuş ərazilərdə, Xankəndidə, Xocalıda səsvermədə aktiv iştirakına şahid oldum. Bu da gözlənilən idi”.
Daha ətraflı videoda:
Rövşən Ziya, Bizim.Media