İmişlidə nəvəsinə toy edən babanın məclisi dağıdıldı

İmişlidə nəvəsinə toy edən babanın məclisi dağıdıldı

Hazırda oxunan: İmişlidə nəvəsinə toy edən babanın məclisi dağıdıldı

17683

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Bəhrəmtəpə kənd sakini Əzizağa Əliyev yaşayış evinin həyətində qonaqların iştirakı ilə öz nəvəsinə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 3 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO