Veb-kameralar saat 07:30-dan seçki prosesi bitənədək işləyəcək

Veb-kameralar saat 07:30-dan seçki prosesi bitənədək işləyəcək

Hazırda oxunan: Veb-kameralar saat 07:30-dan seçki prosesi bitənədək işləyəcək

176820

Sabahkı seçkilərdə əsas tələblərdən biri şəffaflığın tam təmin edilməsidir.

Bizim.Media Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Komissiya rəhbəri onu da qeyd edib ki, seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb və onların arasında 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Həmin müşahidəçilərin hamısı mötəbər beynəlxalq təşkilatları təmsil edirlər.

Məzahir Pənahov diqqətə çatdırıb ki, seçki prosesində şəffaflıq baxımından heç bir problem olmayacaq: 

“Ölkə ərazisi üzrə 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və sabah saat 07:30-dan gün ərzində bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Həmin məntəqələrdə baş verənləri MSK-nın rəsmi saytından izləmək olar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO