“Estetik əməliyyat etdirənlər cəhənnəmi satın alanlardır” – İlahiyyatçıdan ETİRAZ 

“Estetik əməliyyat etdirənlər cəhənnəmi satın alanlardır” – İlahiyyatçıdan ETİRAZ 

Hazırda oxunan: “Estetik əməliyyat etdirənlər cəhənnəmi satın alanlardır” – İlahiyyatçıdan ETİRAZ 

176779

Plastik və estetik əməliyyatlar dövrün tələbinə çevrilib. Əvvəllər ancaq səhnədə olan müğənni və aktrisalar üz-gözlərində dəyişiklik edirdilərsə, indi hər 10 qadından biri üzləri və bədənlərində əməliyyatla müəyyən dəyişiklik edirlər.

Son dövrlər kişilər də xarici görünüşlərində anadangəlmə və ya sonradan yaranmış uyğunsuzluğu aradan qaldırmaq və ya xarici görünüşlərində dəyişilik etmək məqsədilə cərrahi əməliyyatlara üz tuturlar. Kişilər daha çox saçlarının erkən tökülməsi ilə razılaşmayıb, tük əkimi prosesindən istifadə edirlər. 

Maraqlıdır, bu əməllər İslam dinində qəbul olunurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, estetik əməliyyata ciddi və tibbi ehtiyac olduğu halda icazə var:
 

MÖVZU İLƏ BAĞLI:

Qadınlarımız niyə bir-birinə BƏNZƏYİR? – Kütləviləşən əməliyyatların psixoloji FƏSADLARI


“Adam qəzaya düşüb burnu, çənəsi əcaib görkəmə düşür. Onu əməliyyat edib normal hala salmaq olar. Yaxud burnunda çəpər əyriliyi olur, həkim əməliyyat edəndə təklif edir ki, burnu da düzəltmək mümkündür, bu zaman olar. Yox, əgər gözəlləşmək, görkəmi fərqləndirmək üçün edilirsə, bu, doğru deyil, istər kişi olsun, istər qadın… Allahın yaratdığı şəkilləndirməyə müdaxilə olmaz. Fizianomiyanın aurası var, dəyişiklik olanda o da dəyişir. İkinci tərəfdən də bədənə əziyyət vermək dində haramdır”.

İlahiyyatçı bildirib ki, saç əkdirməyə görə vəfat edən xəstə günahkar olaraq dünyadan köçmüş sayılır:

“Bədəninin piylərdən təmizlənməsi üçün əməliyyat edənlər də fərqlidir. Əgər arıqlamaq üçün başqa çarələri tükənibsə, əməliyyat etmək olar. Estetik əməliyyat o zaman icazəlidir ki, bədəndə qüsur var, o qüsuru düzəltmək lazımdır. Əks halda kefi istəyəndə gedib müəyyən orqanını dəyişmək, qabırğasının bir neçəsini çıxartdırmaq Allaha üsyandır. Allaha müxalifətdir ki, sən düzgün yaratmamışdın, mən indi düzəltdirdim. 

Belə adamlar cəhənnəmi satın alanlardır. Onsuz da onun bəlasını çəkirlər və çəkəcəklər. Çünki estetik əməliyyatın elə fəsadları var ki, çox pis xəstəliklər yaradır, bir az yaşlanan kimi əməliyyat olunan hissələr çürüyür, yaxud sallanır. İndi həkimlər pul qazanmaq üçün dəbə salıblar, reklam edirlər, hamı da əməliyyata qaçır. Ancaq bir gün ayılacaqlar. Hələ təzə yaranıb belə şeylər. Qoy üstündən 20-30 il keçsin, fəsadları ortaya çıxsın, onda da özlərini bədbəxt edən həkimləri tapıb məhkəməyə verəcəklər”.

Tural İrfan hesab edir ki, dinə görə həyatda təsadüf yoxdur, bütün hadisələr müəyyən bir ölçü, hesab ilədir:

“Quranda Allah təala buyurur ki, biz insanı müəyyən bir biçimdə, ölçüdə yaratdıq. Hətta barmaq izlərinə qədər ölçüb - biçib yaratdıq.

Əgər bir insanın burnu bir az uzundursa, onun bir hikməti var. Birinin boyu qısadırsa onun da bir səbəbi var. 

Bir sözlə, əgər tibbi cəhətdən zərurət yoxdursa, yaxud qəza səbəbi ilə görkəmdə əcaiblik yoxdursa həvayi - nəfsə, arzuya, istəyə görə estetik əməliyyat etdirmək böyük günahdır. Bunu edənlər dərhal tövbə etməli və əməlindən peşman olduqlarını da ictimaiyyətə açıqlamalıdırlar, nəinki estetik əməliyyatları reklam etmək…
Estetik əməliyyat edənlərin ən ilklərindən biri məşhur musiqiçi Maykl Cekson idi ki, onun da burnu son zamanlar artıq çürüyürdü. Ancaq o tövbə etmişdi və səhv etdiyini etiraf edib hətta müsəlman olmuşdu”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO