Laçında Aqro-Sənaye Parkında çalışanların sayı 500-ə çatdı

Laçında Aqro-Sənaye Parkında çalışanların sayı 500-ə çatdı

Hazırda oxunan: Laçında Aqro-Sənaye Parkında çalışanların sayı 500-ə çatdı

176772

Laçında Zerti Aqro-Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başlayıb. İstehsal sahələrinin açılması nəticəsində yerli sakinlərdən daha 60 nəfər işlə təmin olunub. Bununla da parkda çalışan laçınlıların sayı 500-ə çatıb.

Bizim.Media xəbər verir ki, "Laçın Abadlıq Xidməti" ASC-nin direktoru Nəsimi Əsədov AZƏRTAC-a bildirib ki, yanvar ayından etibarən Laçında yüksəkkeyfiyyətli dam örtüklərinin istehsalına başlanılıb. 

Onun sözlərinə görə, 15-20 ilə korroziyaya uğrayan dəmir dam örtüklərindən fərqli olaraq, Laçında müasir italyan avadanlıqları ilə örtüklər istehsal edilir ki, onların da 100 ildən artıq davamlılığı var:

“Bakı Abadlıq Xidməti" MMC tərəfindən yenidən qurulan Laçında bütün tikinti materialları, o cümlədən dam örtükləri ən yüksək standartlara cavab verir. Yerli müəssisənin işə düşməsi nəticəsində nəqliyyat və çatdırılma xərcləri də xeyli azalacaq. Laçındakı dam örtükləri müəssisəsi işğaldan azad olunmuş Qarabağda quruculuq işlərinə cəlb edilmiş tikinti şirkətlərinin ehtiyaclarını da qismən qarşılamağa qadirdir”.

Ümumiyyətlə, Laçındakı Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən bütün müəssisələr dünyanın ən yeni texnologiyaları ilə təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.

Bu mənada, Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə, həm də tədris-təlim mərkəzi sayıla bilər. Aqro-Sənaye Parkında təşkil olunan kurslarda xaricdən dəvət almış mütəxəssislər bir neçə ay ərzində innovativ texnologiyalarla düzgün rəftar, istehsal gücünün artırılması üsulları ilə bağlı dərslər keçirlər.
Qeyd edək ki, qısa müddət ərzində bir çox müəssisələrin, o cümlədən heyvandarlığın inkişafı üçün seleksiya mərkəzinin, orqanik istixanaların, “Aydınoğlu” mebel fabrikinin, ət kəsimi sexinin fəaliyyət göstərdiyi Zerti Aqro-Sənaye Parkı yeni fəaliyyətə başlayan sahələr - ayaqqabı fabriki, "Philips" lampaları ilə çalışan bralar (divarüstü işıq) və ekoodun istehsal edən böyük sexlər hesabına sürətlə genişlənməkdədir. Hazırda laçınlıların çalışdığı parkın gələcəkdə, bütün müəssisələrin işə düşməsi ilə 1200 iş yerinin açılması potensialı var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO