"Topçu Vüsal"ın evindən VİDEO REPORTAJ 

Hazırda oxunan: "Topçu Vüsal"ın evindən VİDEO REPORTAJ 

17672

Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə düşüb. Hamı onu "Topçu Vüsal" kimi tanıyıb. İndi həmin Vüsal Xaçmaza - ailəsinin yanına gəlib. "XəzərXəbər" Vüsalla görüşüb.

Bizim.Media xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı qürurlu duruşu ilə məğrurluq simvoluna çevrilib.

Hərəkətləri ilə bir anda tanınıb və hamının yaddaşında Topçu Vüsal kimi qalıb. Əsgər, Xaçmaz sakini Vüsal Şahkərimov hərbi xidmətdən məzuniyyətə buraxılıb.

Vüsalın da iştirak etdiyi top atışlarında düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Onlara xəbər çatanda isə əhval-ruhiyyələri lap yüksək olub.

Vüsal məzuniyyətə buraxılanda da onun təmtəraqla qarşılanmasını istəməyib. Ona görə də evə gələndə valideynlərinin də xəbəri olmayıb.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əslən Xaçmaz rayonundan olan Vüsal Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. 

Vusal Şahkərimov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO