BQXK Bakıda həbsdə olan separatçılara BAŞ ÇƏKDİ 

BQXK Bakıda həbsdə olan separatçılara BAŞ ÇƏKDİ 

Hazırda oxunan: BQXK Bakıda həbsdə olan separatçılara BAŞ ÇƏKDİ 

176662

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib. 

Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. 

Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir. 

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları separatçıların liderləri - Arkadi Qukasyanı, Bako Saakyanı, Araik Arutyunyanı, “keçmiş xarici işlər naziri” David Babayanı, “parlamentin sədri” David İşxanyanı, generallar - Leva Mnatsakanyanı, David Manukyanı, həmçinin keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayıb Bakıya gətiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO