İlahiyyatçıdan Cavanşir Məmmədova CAVAB – “O dünyada kostyum lazım olmur”

İlahiyyatçıdan Cavanşir Məmmədova CAVAB – “O dünyada kostyum lazım olmur”

Hazırda oxunan: İlahiyyatçıdan Cavanşir Məmmədova CAVAB – “O dünyada kostyum lazım olmur”

176622

Əməkdar artist Cavanşir Məmmədov bu günlərdə verdiyi müsabibəsində bildirib ki,sağ olarkən vəsiyyət edib ki, kostyumda dəfn olunsun:

“Atam da sənət insanı olub. O, çox böyük sənətkar idi. Atam 32 il Dövlət Filarmoniyasında çalışıb. Onun üzərinə köynəyini, kostyumunu və qalstukunu geyindirdik və bu şəkildə dəfn etdik. Bəli! Molla mənə məsləhət verə bilər, amma əmr edə bilməz. Ailəmizin ağsaqqalı, atamı kostyumda dəfn ediblər".

Əməkdar artistin açıqlaması ictimai müzakirələr yol açıb. Əksəriyyət Cavanşir Məmmədovun bu addımının islama zidd olduğu qənaətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Cavanşir: “Yasda bir araq çatmır, hamı yeyir-içir, müğənnilərin qeybətini edir” – VİDEO 


Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, islam dininə görə ölü paltarda dəfn edilmir, kəfənə bükülür:

“Kəfən də üç qismdən ibarət olur. Kəfən adi ağ parçadan, tikişsiz, sadə olmalıdır. Çünki axirət dünyasında hamı eynidir. Şah, qul, varlı, kasıb fərqi olmamalıdır. Hətta diqqət etsəniz Həcc ziyarəti zamanı da insanlar ehram deyilən kəfən geyinirlər. Çünki Həcc ziyarətini Peyğəmbərimiz kiçik qiyamət adlandırıb. Sanki təsəvvür edin ki, qiyamət başlayıb ölülər dirilir, hamı ağ kəfəndə ayağa qalxır, lakin təkcə Cavanşir Məmmədov qara kostyumdadır. 

Yaxud da varlı, vəzifəli adamlar hərəsi bir cür bahalı libasda dəfn olunsa fərq yaranar insanlar arasında. Torpağın üstündə insanlar aralarında siniflər, fərqlər qoysalar da, torpağın altında hamı eynidir”.

İlahiyyatçı hesab edir ki, müsəlman olan şəxs şəriətin əksinə iş görə, dinin yol vermədiyi vəsiyyəti edə bilməz:

“Etsə də özü bilər, lakin o müsəlman sayılmaz. Səudiyyə Ərəbistanının kralı vardı, vəfat etdi, adi kəfənlə dəfn edib üstünə heç daş da qoymalıdır. Ancaq istəsəydi, onu qızıl kostyumda dəfn edib məzarında başdan - ayağa brilliantdan abidə qoyardılar.

Ölkəmizin gözəl adətləri var. İnsan kəfəndə dəfn edilər, çünki dinimizə uyğun adətdir. Kostyumda dəfn etmə Sovet vaxtı ermənilərdən keçib. Bəzən klarnet, qarmonla dəfn edirlər, bu da ermənidən keçib. 

Paltar geyinmək üçündür, ölüyə geydirib basdırmaq üçün deyil. Ola bilər, birini bahalı geyimdə dəfn edərlər, müəyyən şəxslər, oğrular o paltara görə məzarı açarlar ki, bu da ölüyə hörmətsizlikdir. Bir çox yönlərdən bu doğru deyil. 

Amma hər hansı səbəbdən kəfən tapılmasa, hətta əti halal olan heyvanın dərisinə də büküb dəfn etmək olar. Təzə paltarda da olar. Ancaq bu istisnadır ki, vəsiyyət varsa, kəfənin üstündən məsələn, bir köynək geydirmək olar. Çünki Peyğəmbər də bəzən yaxın şəxslər və yaxşı adamlar öləndə meyitlərini öz köynəyinə bükərmiş”.

Tural İrfan onu da qeyd edib ki, o dünyada kostyum lazım olmur:

“Orada iman, yaxşı əməl, xeyirxahlıq kara gəlir. Maddi, fiziki, cismani şeylərə ehtiyac yoxdur, torpaqda çürüyür. Lakin əqidə, əməl və xeyirxahlıq ərimir, itmir, çürümür. Cavanşir müəllim yaxşı olar ki, öləndə kostyum geyməkdənsə, indi kostyumu, libası olmayanlara paltar alsın, xeyriyyə işləri görsün, Allah özü axirətdə ona zər - zibalı kostyum geydirər”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO