Kahramanmaraşda Azərbaycanın tikdiyi binalar bu il TƏHVİL VERİLƏCƏK

Kahramanmaraşda Azərbaycanın tikdiyi binalar bu il TƏHVİL VERİLƏCƏK

Hazırda oxunan: Kahramanmaraşda Azərbaycanın tikdiyi binalar bu il TƏHVİL VERİLƏCƏK

176552

Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı ən çox dağıntıların olduğu şəhərlərdən biri olan Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib.

O qeyd edib ki, məhz Azərbaycan Məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq:

“Bura tamam dağılmışdı. Azərbaycanlı qardaşlarımız bizə dəstək oldu, birlikdə 1 800 tikilinin inşasına başladıq. Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib. Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək”.
Yalnız zəmininin gücləndirilməsi prosesi üçün 40 milyon dolların xərcləndiyini əlavə edən Mükerrem Ünlüer zəlzələdən ziyan görən ərazilərdə yeni binaların inşasına yalnız Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO