"Digah-Bilgəh" magistral qaz kəməri zədələndi - 4000 abonent qazsız qalıb

Hazırda oxunan: "Digah-Bilgəh" magistral qaz kəməri zədələndi - 4000 abonent qazsız qalıb

176548

Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.

Bizim.Media xəbər verir ki, baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4000 abonent qazsız qalıb.

Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.

Hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO