Fevralın dördündə saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.
MÖVZU İLƏ BAĞLI:
Tərtər sakini minaya düşdü
Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.
Bizim.Media