Laçın şəhərində müasir kitabxana istifadəyə verildi - FOTO

Laçın şəhərində müasir kitabxana istifadəyə verildi - FOTO

Hazırda oxunan: Laçın şəhərində müasir kitabxana istifadəyə verildi - FOTO

176538

Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub. “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.

Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim və şagird heyəti də qatılıb.

“Simurğ”u elə bura gələn ziyalıların, jurnalistlərin oxuyub təsirindən çıxa bilmədiyi kitablar zənginləşdirəcək.

İlk olaraq bu addımı Məsim Məmmmədov atıb. O, ən sevimli, dəyərli kitabını kitabxanaya hədiyyə edib.

“Simurğ”un adının hekayəsi də maraqlıdır. Belə ki, ad elə orada yaşayanların təklifi ilə, vaxtilə Laçın şəhərinin əsasını qoymuş Tağı Şahbazi Simurğun şərəfinə verilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da işə öz töhfəsini verib və “Simurğ”a 185 kitab göndərib.

Açılış mərasimində Azərbaycanın ən böyük mobil kitab tətbiqi “Audiokitab”ın kitablar və onların müəllifləri ilə bağlı keçirdiyi oyun-müsabiqədə məktəblilər fəal iştirak ediblər. Burada hər həftə kitab təqdimatları, uşaqlar üçün bu gün start verilən “Audiokitab” müsabiqələri keçiriləcək.

Açılış, həmçinin “Mən səni araram” adlı konsert ilə də yadda qalıb. Konsertdə bəstəkar, pianoçu Sevda Rəhimova, tarzən Zəfər Əhmədli, pianoçu Şahin Yahyazadə, caz pianoçu İsa Bağırov, zərb alətləri ifaçısı Məhəmməd İbrahimli çıxış ediblər.

Böyük kitabxanaların, qalereyaların açılacağı şəhərdə səyyar kitabxanalar da olacaq. Əhalinin kitaba, mütailəyə olan ehtiyacı nəzərə alınaraq, müxtəlif nəqliyyat vasitələri ilə hərbi hissələrə, köç həyata keçirilmiş yaşayış yerlərinə kitablar göndərilərək.
Kinoteatr, kinopavilyondan sonra bu kitabxananın da şəhərin mədəniyyət mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Şəhərdə qurulacaq böyük kitab mərkəzləri hazır olana qədər sözügedən kitabxana sakinlərin ehtiyaclarını qarşılayacaq.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO