Polis Sumqayıtda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

Polis Sumqayıtda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Sumqayıtda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

176537

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb.

Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO