DİN Neftçalada polis əməkdaşının intiharı ilə bağlı iddialara aydınlıq gətirdi

DİN Neftçalada polis əməkdaşının intiharı ilə bağlı iddialara aydınlıq gətirdi

Hazırda oxunan: DİN Neftçalada polis əməkdaşının intiharı ilə bağlı iddialara aydınlıq gətirdi

176511

Daxili İşlər Nazirliyi (DİN) 2016-2020-ci illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Əyyubov Şahin Elçin oğlunun intihar faktı ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan iddialara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda həmin iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub. 

Bildirilib ki, Ş.Əyyubov xidmət etdiyi müddətdə müsbət xarakterizə olunur, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub.

O, intihar etməzdən bir neçə gün əvvəl raportla müraciət edərək, daxili işlər orqanlarından öz arzusu ilə xaric edilib və 2024-cü il yanvarın 3-də intihar edib.

“Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o, yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib. Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO