Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi BAŞA ÇATDIRILDI

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi BAŞA ÇATDIRILDI

Hazırda oxunan: Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi BAŞA ÇATDIRILDI

176508

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

Bizim.Media “Secki-2024.az” saytına istinadla xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda monitorinqə başlayır


Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO