Qaxın ucqar kəndlərində seçkiyə hazırlıq işləri necə gedir? - FOTO

Qaxın ucqar kəndlərində seçkiyə hazırlıq işləri necə gedir? - FOTO

Hazırda oxunan: Qaxın ucqar kəndlərində seçkiyə hazırlıq işləri necə gedir? - FOTO

176499

Ölkəmizdə təşkil olunacaq növbədənkənar Prezident seçkilərinə sayılı günlər qalır. Seçki prosesi ilə bağlı bölgələrdə Dairə Seçki Komissiyaları və məntəqələrdə son hazırlıq prosesi davam edir. Bəs 113 saylı Qax-Şəki Dairə Seçki Komissiyasının ucqar kəndlərdə yerləşən məntəqələrində hazırlıq nə yerdədir? 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Böyük Qafqazın ətəyinə sığınan Qaşqaçay və Armudlu kəndi öz vətənpərvər oğulları ilə hər zaman seçilib.
 

MÖVZU İLƏ BAĞLI:

Zabuxda seçkiyə HAZIRLIQ - Yeni məntəqə yaradılıb, seçicilər qeydiyyata alınıb


Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşır Rəhimovun doğulub boya-başa çatdığı kənddə ümimilikdə 20 şəhid var. Bu kəndin yetişdirdiyi onlarla hərbçi hazırda da vətənimizn sərhədləri keşiyində ayıq-sayıq dayanır. 

Kənd dəniz səviyyəsindən 1200 metr yüksəlikdə yerləşdiyindən buralara hər dəfə güclü qar yağır. Lakin yerli qurumlar kəndin səliqə-sahmanı, yollarının abad olması üçün iş aparır.

Kənddə seçki hazırlığı və təşviqat işinin aparılması ilə maraqlandıq. 44 günlük Vətən Müharibəsində ağır yaralanaraq ölümdən dönən, qazi Mail Abdullayevlə də söhbətimiz elə bu istiqamətdədir.

Uzunmüddətli müalicələrdən sağalan və hazırda kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışan Mail müəllim şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün səy göstərdiyini bildirir.  

“Gənclərin vətənpərvər ruhunda yetişdirilməsindən yana biz öz əməyimizi, zəhmətimizi, biliklərimizi onlara aşılayırıq. Biz müzəffər bir dövlətik. Qalib dövlətik, qalib dövlətin övladlarıyıq. Ona görə qarşıdan gələn növbədənkənar Prezident seçkilərində aktiv iştirak edəcəyik” deyən Mail Məmmədov seçkidən sonra gənclərlə daha aktiv iş aparacağını bildirir.    

Kəndin, eləcə də rayonun ictimai həyatında fərqlənən şəhid Cavid Abdullayevin anası Pəri xanımla onların evində görüşürük. Deyir ki, şəhid anaları müzəffər Azərbaycan xalqının qəhrəman anaları kimi başlarını dik tuta və məğrurla danışa bilər.

Çünki Cavid kimi qəhrəman şəhid oğulların, qazilərin, ordu və xalqın birliyi sayəsində ölkəmiz tarixində ilk dəfə bütün ərazilərində seçki keçirmək hüququ əldə edib.  
Sakinlərlə söhbətləşəndən sonra kənddə fəaliyyət göstərən 54 saylı seçki məntəqəsinə də baş çəkirik. Məntəqə sədri Zəminə Babayeva ilkin hazırlıq işlərinin tamamlandığını, bütün texniki vasitələrlə təmin olunduqlarını bildirir.  Zəminə Babayeva qeyd edir ki, bu məntəqədə 1040 nəfər seçici var. Seçicilərə bildirişlərin paylanıldığını deyən məntəqə sədri yaşlı və xəstələr üçün12 evə daşınan seçki qutusu gedəcəyini əlavə edib.

113 saylı Qax-Şəki Dairə Seçki Komissiyasından bildirilib ki, dairə üzrə 54 min 256 seçici qeydə alınıb.

Dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Qaşqaçay seçki məntəqəsində olduğu kimi digər məntəqələrdə də seçkilərə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün vasitələrlə təmin olunublar. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO