Teyfur Rüstəmov YÜKSƏK VƏZİFƏYƏ təyin edildi - FOTO

Teyfur Rüstəmov YÜKSƏK VƏZİFƏYƏ təyin edildi - FOTO

Hazırda oxunan: Teyfur Rüstəmov YÜKSƏK VƏZİFƏYƏ təyin edildi - FOTO

176467

Vətən müharibəsi qəhrəmanı, polkovnik Teyfur Rüstəmova yeni vəzifə verilib.

Bizim.Media musavat-a istinadən xəbər verir ki, o, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi təyin edilib. 

Qeyd edək ki, Teyfur Rüstəmov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif  edilib.
Eyni zamanda, "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xatırladaq ki, polkovnik bundan əvvəl Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri vəzifəsində çalışıb. 

Teyfur Rüstəmov Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO