“Sürüşmələri yersiz tikintilər aktivləşdirir” – Coğrafiya İnstitutundan təhlükəli ərazilərlə bağlı AÇIQLAMA 

“Sürüşmələri yersiz tikintilər aktivləşdirir” – Coğrafiya İnstitutundan təhlükəli ərazilərlə bağlı AÇIQLAMA 

Hazırda oxunan: “Sürüşmələri yersiz tikintilər aktivləşdirir” – Coğrafiya İnstitutundan təhlükəli ərazilərlə bağlı AÇIQLAMA 

176393

“Sürüşmələr Bakıda ilin yağıntılı dönəmlərində daha çox olur. Əgər Bakıya yağıntı çox düşsəydi, yəqin ki, relyefdə böyük dəyişikliklər olardı”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib. 

Mirnuh İsmayılov qeyd edib ki, baxmayaraq ki, Bakı Azərbaycanın ən az yağıntı alan yeridir, yenə də burada sürüşmələri müşahidə etmək mümkündür:

“Bəzən bu sürüşmələr çox təhlükəli olur, ziyanlarla müşahidə olunur. Bakıda sürüşməyəmeyilli sahələrə Zığı misal göstərə bilərik. Zığın Yeni Günəşli ilə arasındakı hissədə, yamaclarda kifayət qədər sürüşmə təhlükəsi olan ərazilər var. Çöküntülərə qarşı mübarizə aparmaq üçün yola asfalt döşəyib vəziyyətdən çıxılır. Sürüşmələri həm də yersiz tikintilər aktivləşdirir”. 

Coğrafiyaçı alim qeyd edib ki, bundan başqa, Badamdarın Şərq yamacı, Bayıl qəsəbəsindən Bibiheybətə doğru yolda risk daşıyan yamaclar mövcuddur:

“Əhmədli yaylası da köhnə sürüşmə sahəsidir. Bu, o demək deyil ki, burada risk yoxdur. Tədbiri əldən qoymaq olmaz. Eyni zamanda, Masazırdakı, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki yamaclarda, Şimal Binəqədidə riskli sürüşmə sahələri var. Bu ərazilərdə xeyli evlər tikilib, olduqca təhlükəlidir. 

Əlbəttə ki, sürüşmə baş verən ərazilərdə evlərə ziyan dəydikdə, dövlət onların təzminatını verir.

Belə ki, Şamaxının Muğanlı kəndində sürüşmə olanda, demək olar ki, oradakı evlərin böyük əksəriyyəti dağılmışdı. Buna görə də, kəndin böyük əksəriyyəti yeni yaşayış sahəsinə köçürüldü. Bu, sadəcə bir nümunədir. Lakin insanlar sürüşmə təhlükəsini, riskini göz önünə gətirib evlərini elə tikməlidir”. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO