Bomba xəbərdarlığı düz çıxdı, nazirliyin önündə partlayış oldu

Bomba xəbərdarlığı düz çıxdı, nazirliyin önündə partlayış oldu

Hazırda oxunan: Bomba xəbərdarlığı düz çıxdı, nazirliyin önündə partlayış oldu

176378

Yunanıstanın paytaxtı Afinada Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında bomba partlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası ERT məlumat yayıb.

Yerli vaxtla saat 00:49-da naməlum şəxslər EFSYN qəzetinə zəng edərək 40 dəqiqə sonra nazirliyin qarşısında bomba partlayacağını bildiriblər. 

Xəbərdarlıqdan sonra polis bölgədə təxliyəyə başlayıb və yolu nəqliyyatın hərəkəti üçün bağlayıb.
Gecə saat 01.29 radələrində torbaya qoyulmuş bombanın partlaması nəticəsində nazirliyə və ətrafına ziyan dəysə də, ölən və xəsarət alan olmayıb.

Məlumata görə, məsuliyyəti ilk olaraq “İnqilabçı Sinfi Özünümüdafiə” kimi gündəmə gələn bir təşkilat öz üzərinə götürüb.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO