Növbəti dəfə Yəməndəki hədəflərə zərbələr endiriləcək - ABŞ-dan XƏBƏRDARLIQ 

Növbəti dəfə Yəməndəki hədəflərə zərbələr endiriləcək - ABŞ-dan XƏBƏRDARLIQ 

Hazırda oxunan: Növbəti dəfə Yəməndəki hədəflərə zərbələr endiriləcək - ABŞ-dan XƏBƏRDARLIQ 

176377

ABŞ İordaniyadakı ABŞ bazasına hücuma cavab olaraq Yəməndəki hədəflərə növbəti zərbələr endirməyi planlaşdırır.

Bizim.Media “Politico” ya istinadən xəbər verir. Nışrin məlumatına görə daha çox hücumlar gözlənilir və növbəti hədəflər Yəməndə olacaq.

Qeyd edək ki, fevralın 3-nə keçən gecə Pentaqon bildirib ki, ABŞ İordaniyadakı hərbi bazaya İHA-nın hücumuna cavab olaraq Yaxın Şərqdə zərbələr endirməyə başlayıb.

Öz növbəsində Con Kirbi ABŞ-ın İraq və Suriyadakı hədəflərə ilk zərbəsi çərçivəsində 30 dəqiqə ərzində 125-dən çox mərmi atdığını bildirib.
Eyni zamanda, Pentaqon rəhbəri Lloyd Austin ABŞ-ın Suriya və İraqdakı hədəflərə ilk zərbələrinin cavab tədbirlərinin yalnız başlanğıcı olduğunu vurğulayıb.

Fevralın 2-dən 3-nə keçən gecə Suriyanın şərqində ABŞ bazası raket atəşinə tutulduqdan sonra yanğının başladığı məlum olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO