7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Bizim.Media ”secki-2024.az”a istinadən xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.ünvanında yerləşir.
18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:
Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.
Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.
Əlaqə üçün: +995555250993 , +995322243004”, - səfirlikdən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:27 / 03.02.2024
Gürcüstandakı səfirliyimizdə seçki məntəqəsi YARADILDI
Hazırda oxunan: Gürcüstandakı səfirliyimizdə seçki məntəqəsi YARADILDI
Hazırda oxunan: Gürcüstandakı səfirliyimizdə seçki məntəqəsi YARADILDI
176362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.